Bu qurumların publik hüquqi şəxs statusu ləğv edildi –Büdcə təşkilatına çevrlidilər /SƏRƏNCAM

Bələdiyyələr
Bələdiyyələr

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi”, Mədəniyyət Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kino Agentliyi”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”, “Azərbaycan Elm Fondu”, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)”, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs statusundan çıxarılaraq büdcə təşkilatı statusuna keçirilib.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərinin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməlidir.

Həmçinin qeyd olunan cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün nizamnamələri təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq, cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində aidiyyəti üzrə əmlakın onların balansına verilməsi üçün müvafiq tədbirlər görülməlidir.

Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılmalıdır.

Cəmiyyətlərin nizamnamə kapitalı aidiyyəti üzrə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxsin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etməlidir.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini (xidmət olunan inzibati ərazi vahidlərinin sayı əsasında komplektləşdirməklə) bir ay müddətində təsdiq etməlidir.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs iki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyətin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi fərmana əsasən yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etməlidir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.