Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Yemək saatı nə qədər yaşadığınıza təsir edə bilər –

User 25 İyun 2026 - 21:00 (Last updated: 25 İyun 2026 - 20:23)
qida süfre

İnsanlar adətən nə yediklərinə diqqət yetirirlər. Lakin son illərdə alimlər daha çox “nə vaxt yemək lazımdır?” sualına cavab axtarmağa başlayıblar. Araşdırmalar göstərir ki, qidalanma vaxtı sağlamlığa və hətta ömür uzunluğuna təsir göstərə bilər.

Azpost.info xəbər verir ki, ABŞ-ın Kaliforniya Universiteti və Almaniyanın Maks Plank İnstitutunun alimləri tərəfindən aparılan tədqiqatlar gecə saatlarında qidalanmanın metabolizmə mənfi təsir etdiyini göstərib.

Mütəxəssislərin fikrincə, insan orqanizmi gündüz aktiv, gecə isə istirahət rejiminə uyğun proqramlaşdırılıb. Gec saatlarda qəbul edilən qidalar daha çətin həzm olunur və enerji kimi istifadə edilmədən yağ şəklində toplana bilir.

Araşdırma zamanı müşahidə olunan şəxslərdə axşam saat 20:00-dan sonra müntəzəm qidalananların artıq çəki və şəkərli diabet riski daha yüksək olub. Əksinə, son yeməyini yatmazdan ən azı 3-4 saat əvvəl qəbul edənlərdə bu risklər daha aşağı qeydə alınıb.

Ekspertlər bildirirlər ki, “intermittent fasting” adlanan qidalanma üsulunun populyarlığının artmasının səbəblərindən biri də məhz bədənin bioloji saatı ilə uyğunluq təşkil etməsidir.

Həkimlər hesab edirlər ki, sağlam qidalanma yalnız kalorilərin hesablanması deyil, həm də düzgün vaxt seçimi ilə bağlıdır.

AzPost.az

Post navigation

Previous: Ölkənin dərman bazarı idxaldan asılıdır –
Next: “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər

qulaq temiz
  • Maraqlı

Qulaqda küy hansı xəstəliklərin əlaməti ola bilər?

User 16 Oktyabr 2026 - 21:15
ucan avto03
  • Maraqlı

İlon Mask “uçan avtomobili” təqdim etdi –

User 16 Oktyabr 2026 - 10:25
bulud sima
  • Maraqlı

Divarda, buludda, ağacda niyə insan üzü görürük?

User 15 Oktyabr 2026 - 18:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.