Türkiyəli aktyor Kadir İnanır vəfat edib.
NTV-nin xəbərinə görə, bu barədə onun ailəsindən məlumat verilib.
Uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır 77 yaşında xəstəxanada vəfat edib.
Qeyd edək ki, bu ilin may ayında sənətçiyə pnevmoniya diaqonozu qoyulub, müalicəsi reanimasiyada davam etdirilib.
1949-cu ildə anadan olan Kadir İnanır ümumilikdə 182 filmdə və 12 serialda rol alıb. O, xüsusən “Selvi Boylum Al Yazmalım” və “Tatar Ramazan” filmlərində canlandırdığı obrazlarla böyük şöhrət qazanıb.