Belarus prezident Lukaşenko Çinə səfərə gedib.
Azpost.info bildirir ki, Lukaşenko Putindən görüşdən sonra elə Moskvadan Pekinə uçub.
29 iyunda Belarus lideri Çin sədri Si Cinpinlə dövlət iqamətgahında görüşüb. Dövlət mediası görüşün əvvəlindən bir neçə görüntü nümayiş etdirib. “Özümü evdəki kimi hiss edirəm”, – deyə Lukaşenko bildirib.
Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, bu, Lukaşenkonun Çinə 17-ci səfəridir.
“Birbaşa Minskdən gəlirsiniz?” -deyə Çin lideri ondan soruşub. “Xeyr, mən buraya Moskva vilayətindən uçdum. Prezident Putinlə danışıqlar apardıq”, – Lukaşenko cavab verib.
Lukaşenko iki gün Putinin Valdaydakı iqamətgahında qalıb, lakin bütün görüşlər qapalı keçirilib. Yeganə məlum nəticə odur ki, Putin danışıqları “uğurlu və mənalı” adlandırıb. Putin bildirib ki, həm iqtisadiyyat, həm də Belarus və Ukrayna arasındakı münasibətlərin müzakirə olunub.
Si Lukaşenkoya Çin-Belarus münasibətlərinin “tarixi zirvədə” olduğunu deyib. “Sizi yenidən salamlamaqdan çox məmnunam, əziz dostum. Biz tez-tez görüşür, ünsiyyət qururuq və vaxtında çox əhatəli dialoq aparırıq”, – deyə Si Lukaşenkoya bildirib. O, Çin və Belarusu “dəmir dostlar” adlandırıb.
Çinə səfər Belarus və Ukrayna arasında gərginlik fonunda baş verir: Ukrayna Prezidenti Vladimir Zelenski Lukaşenkoya ultimatum verərək sərhəddəki stansiyaları bağlamağı tələb edib.