Şamaxı rəsədxanası kosmik hava proqnozunu açıqladı

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş fəallığı zəif olub və C sinif alışmalar qeydə alınıb. Günəşin səthində 6 ləkə qrupunda 112 ləkə və cənub qütbü yaxınlığında tac dəliyi müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti saniyədə 729 kilometrədək artıb.

İyulun 5-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəşi iyunun 26-da tərk etmiş tac kütlə atılmalarının təsirilə iyunun 29-30-da zəif (G1) geomaqnit qasırğası olması ehtimalı var. Bu təsirə bağlı olaraq iyulun 1-də geomaqnit sahəsi aktiv və qeyri-sabit səviyyələr arasında dəyişə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.