4 gün ərzində Hörmüz boğazından 124 gəmi keçib-CNN

25 iyundan bəri Hörmüz boğazından xammal daşıyan 124 gəmi keçib.

Azpost.info bildirir ki, bu barədə CNN Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verir.

Hesabata görə, bu rəqəm İran, ABŞ və İsrail arasında müharibədən əvvəl hər gün boğazdan keçən gəmilərin sayı ilə müqayisə edilə bilər.

28 fevralda ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib.

Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də zərbələrə məruz qaldı. Bundan əlavə, İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib. Hörmüz boğazı qlobal neft ticarətinin təxminən 25%-ni və mayeləşdirilmiş təbii qazın təxminən 20%-ni idarə edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.