Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylər göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Mertslə telefon danışığı zamanı bildirib.
Türkiyə lideri Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpa olunmasının və diplomatik səylərin fəallaşdırılmasının tərəfdarı olduğunu bildirərək, Ankaranın bu istiqamətdə atdığı addımları qeyd edib.
Gələn həftə Ankarada keçiriləcək NATO liderlərinin sammitinə toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa ölkələrinin Şimali Atlantika Alyansı çərçivəsində müdafiə sistemini gücləndirəcəyini və “Trans-Atlantik əlaqələr”in qorunub saxlanmasına dair qəti iradə nümayiş etdirəcəyini gözləyir.