Azərbaycan “Uşaq Avroviziyası 2027” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan “Uşaq Avroviziyası 2027” mahnı müsabiqəsində iştirak etməyəcək.

Bu barədə İctimai Televiziyanın (İTV) Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib.

Onun sözlərinə görə, qərar İctimai Televiziyanın cari proqram və layihə prioritetləri, eləcə də müsabiqəyə hazırlıq prosesi ilə bağlı təşkilati məsələlər nəzərə alınaraq qəbul edilib.

Turab Teymurov bununla belə, qeyd edib ki, İctimai Televiziya “Uşaq Avroviziya” layihəsinə marağını qoruyur və Azərbaycanın gələcək illərdə müsabiqədə iştirak imkanını istisna etmir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.