ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri 30 milyard dollar olub

ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatın ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edib.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vout bildirib.

 

O, bəzi məlumatlarda əməliyyatın dəyərinin 100 milyard dolları keçdiyinin iddia edilməsinə münasibət bildirərək, Müdafiə Nazirliyindən aldıqları hesablamalara əsasən xərclərin təxminən 30 milyard dollar olduğunu deyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.