Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.
Avropa İttifaqı Cənubi Qafqazın sülh içində, firavan və parlaq gələcəyə inanır.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında Bakıya səfərinə dair paylaşımında bildirib.
“Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin Aİ–Azərbaycan tərəfdaşlığını ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata daha da dərinləşdirmək üçün Bakıdayam”, – o qeyd edib.