Samuxda avtomobillə çaya düşən sərhədçi gizir boğulub

Samux rayonunda avtomobillə çaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu ölüb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 1-də Samux rayonu ərazisində Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun idarə etdiyi avtomobil sürüşərək çay yatağına düşüb.

Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Nəticədə hərbi qulluqçunun nəşi aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, səbir diləyib.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.