Hər hansı bir təhdidə sərt cavab veriləcək.
Bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahi ölkənin sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin dəfn mərasiminin yaxınlaşması ilə bağlı müraciətində deyib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneyi ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.