İran və ABŞ arasında növbəti danışıqların tarixi məlum oldu

02.07.2026 · 16:51 · Dünya

İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların növbəti mərhələsi iyulun 18-də başlayacaq.

Azpost.info-nun məlumatına görə, bu barədə “Al Hadath TV” mənbəyə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Tehran və Vaşinqton nümayəndələri arasında görüşün yeri hələ açıqlanmayıb.

Qeyd etmək lazımdır ki, iyulun 2-də Qətər və Pakistan vasitəçiləri Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçiriblər və nəticədə müsbət irəliləyiş əldə edilib.

AzPost.az