İş gününün gərginliyi geridə qalıb, evdə divana uzanmısınız və planınız sadəcə 10 dəqiqə sosial şəbəkələrə göz gəzdirməkdir. Lakin o 10 dəqiqə bir də ayılırsınız ki, iki saata çevrilib və siz tam fərqli, tanımadığınız insanların həyatını, moped qəzalarını və ya maraqsız müzakirələri izləyirsiniz.
Azpost.info bildirir ki, rəqəmsal dünyada buna “Doomscrolling” (bədbin lent fırlatması) deyilir.
Beynimizin mükafat tələsi: Dopamin xvəstəliyi
Sosial şəbəkələrin alqoritmləri elə qurulub ki, hər növbəti fırlatmada (scroll) qarşımıza nə çıxacağını bilmirik. Bu qeyri-müəyyənlik beyində qumar asılılığına bənzər bir mexanizm yaradır və davamlı dopamin (həzz hormonu) ifraz olunur. Nəticədə, bədənimiz fiziki olaraq dincəlsə də, beynimiz eyni anda yüzlərlə informasiyanı emal etməkdən tükənir.
Axşam skrinşotları və virtual yorğunluq
Bir çoxumuz gün ərzində və ya axşam saatlarında maraqlı gördüyümüz paylaşımları, “bunu sonra oxuyaram” dediyimiz postları skrinşot edirik. Psixoloqlar müəyyən ediblər ki, bu vərdiş beyində “yarımçıq qalmış iş” effekti yaradır. Telefonun qalereyasında yığılıb qalan yüzlərlə rəqəmsal zibil şüuraltı olaraq bizə stress və yorğunluq siqnalı ötürür.
Yuxudan ən azı 45 dəqiqə əvvəl telefonu kənara qoymaq və ekran parlaqlığını azaltmaq, gecə boyu beynin “bərpa rejimində” işləməsinə və səhər daha enerjili oyanmağa kömək edir. Rəqəmsal detoks lüks deyil, artıq bir ehtiyacdır.