Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında məlumat verib.
Tkaçenko hücum nəticəsində Kiyevin xeyli dağıntıya məruz qaldığını, yaralıların və ölənlərin sayının arta biləcəyini, o cümlədən insanların hələ də binaların dağıntıları altında qaldıqlarını vurğulayıb.