“Xırda motorika və əl bacarıqlarının inkişafı” adlı təlim keçirilib

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.

Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidi.layihədə iştirak edən 15 uşaqla xırda motorika və əl bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici təlim təşkil olunub.

Təlimin əsas məqsədi uşaqlarda əl və barmaq hərəkətlərinin koordinasiyasını gücləndirmək, incə motor bacarıqları inkişaf etdirmək, əl-göz koordinasiyasını formalaşdırmaq, əzələ nəzarətini artırmaq və gündəlik fəaliyyətlərdə istifadə olunan praktik bacarıqları dəstəkləmək olub.

Məşğələlər zamanı uşaqların yaş və inkişaf səviyyələrinə uyğun müxtəlif metodika, didaktik material və praktik vəsaitlərdən istifadə edilib.

Təlim çərçivəsində barmaq hərəkətlərinin aktivləşdirilməsi, kiçik predmetlərlə işləmə, koordinasiya və dəqiqlik tələb edən fəaliyyətlər, əl hərəkətlərinin idarə olunmasına, sensor həsasslığa yönəlmiş məşqlər tətbiq edilib.

Eyni zamanda:
– barmaq gimnastikası və əl məşqləri,
– mozaika və kiçik detallarla işləmə,
– fiqur və predmetləri uyğun yerlərə yerləşdirmə,
– muncuq düzmə və sap keçirmə fəaliyyətləri,
– plastilin və ya digər materiallarla formalar hazırlama,
– xətt üzrə çəkmə və kontur tamamlama tapşırıqları,
– qayçı ilə kəsmə və yapışdırma məşqləri,
-inkişaf etdirən çalışmalar həyata keçirilib.

Təlim müddətində bəzi uşaqlarda əl hərəkətlərində zəif koordinasiya, predmetləri tutmaqda çətinlik, hərəkətlərin ləng icrası və tez yorulma halları müşahidə edilib.

Bununla yanaşı, praktik və oyun əsaslı fəaliyyətlər uşaqların məşğələyə marağını artırmış, təkrarlanan tapşırıqlar isə bacarıqların tədricən möhkəmlənməsinə müsbət təsir göstərib.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.