Leysan yağacaq, dolu düşəcək –XƏBƏRDARLIQ

Yağış
Yağış

İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.