Ukrayna ilə müharibədə Başqırdıstanın 10.000-dən çox sakini həlak olub. Respublika bununla da müharibə itkilərinin sayının 10 mini ötən ilk Rusiya bölgəsi olub.
Azpost.info bildirir ki, bu, Mediazona-nın yenilənmiş hesabatında açıqlanıb.
Nəşr respublikadan 10.012 nəfərin ölümünü təsdiqləyib.
Hərbi əməliyyatlarda Tatarıstandan 8.700, Yekaterinburqdan 7.700, Çelyabinskdən və Krasnodar diyarından isə müvafiq olaraq 7.200 və 6.900 nəfər ölüb.
Nəşr qeyd edir ki, 2022-ci ilin fevral ayında tammiqyaslı işğalın başlanğıcından bəri Rusiya tərəfində Ukrayna ilə müharibədə ümumilikdə 230.624 nəfər həlak olub.
Mediazona platforması BBC və könüllülər komandası ilə birlikdə açıq mənbələrdən tərtib edilmiş həlak olan Rusiya hərbçilərinin adlarının siyahısını tərtib edir.
A. Əliyev