Müasir dünyada alkoqol qəbul etməyən şəxslərdə belə qaraciyər yağlanması (buna qeyri-alkoqol qaraciyər piylənməsi — NAFLD deyilir) qorxulu sürətlə artır. Ən pisi odur ki, biz çox vaxt “sağlam və pəhriz qidası” adı altında satılan məhsullarla bu xəstəliyi özümüz sürətləndiririk.
Hazır pəhriz yoqurtları və “0% yağlı” məhsullar
Marketlərdə üzərində “fit”, “dietik” və ya “yağsız” yazılan yoqurtların və südlərin tərkibini oxumaq vacibdir. İtehsalçılar məhsuldan yağı çıxardıqdan sonra onun dadını saxlamaq üçün tərkibinə yüksək miqdarda şəkər və dadlandırıcılar əlavə edirlər. Bu şəkər (xüsusilə fruktoza) birbaşa qaraciyərə gedir və bədən tərəfindən dərhal daxili yağa çevrilir. Yağsız qidalar əslində qaraciyərinizin ən böyük düşmənidir.
Təbii meyvə şirələri (Fresh)
“Səhərlər bir stəkan təzə sıxılmış portağal şirəsi içmək sağlamlıqdır” mifi artıq dağılıb. Siz bir stəkan şirə içərkən, meyvənin tərkibindəki faydalı lifləri zibilə atmış olursunuz və orqanizmə eyni anda 4-5 portağalın saf fruktoza şokunu yeridirsiniz. Lif olmadığı üçün bu şəkər qana sürətlə keçir və qaraciyəri yükləyərək yağlanmaya səbəb olur. Meyvəni sıxmayın, bütöv halda yeyin.
Fitness barları və quru meyvə qarışıqları
İdmandan sonra və ya pəhriz zamanı qəlyanaltı kimi istifadə olunan quru meyvəli barların əksəriyyətində qlükoza şərbəti gizlənir. Quru meyvələrin özü isə suyunun itirdiyi üçün çəkisinə görə həddindən artıq yüksək şəkər konsentrasiyasına malikdir. Bir ovuc quru kişmiş və ya ərik yeməklə fərqində olmadan bədəninizə onlarla qənd daxil edirsiniz.
Həkim məsləhəti
Qaraciyər ağrı reseptorları olmayan tək orqandır. O, sıradan çıxana və ya tam yağlanana qədər ağrımır, özünü yalnız xroniki yorğunluq və dəridə solğunluqla büruzə verir. İldə bir dəfə mütləq ultrasəs (UZİ) müayinəsindən keçin.