“Rəqəmsal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi üzrə komanda formalaşdırılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Rəqəmal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsinin həyata keçirilməsi məqsədilə layihə komandası formalaşdırılıb. Komandaya tarixçilər, araşdırmaçılar, videomütəxəssislər, tərcüməçilər və könüllülər cəlb olunub. 

Layihə iştirakçıları Azərbaycanın tarixi-mədəni irs nümunələrinin araşdırılması, sənədləşdirilməsi, rəqəmsal məzmunun hazırlanması və ictimaiyyətə təqdim olunması istiqamətində fəaliyyət göstərəcəklər. Formalaşdırılan komanda layihə çərçivəsində Bakı şəhəri, Qəbələ və İsmayıllı rayonlarında yerləşən tarixi abidələr üzrə ekspedisiyaların təşkili, videomaterialların hazırlanması, məlumatların toplanması və QR bələdçi şəbəkəsinin yaradılması prosesini həyata keçirəcək.

Layihənin əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin müasir rəqəmsal texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması və mədəni irs obyektləri haqqında məlumatların əlçatanlığının artırılmasıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.