“Xameneyinin dəfnində iranlıların ağladığını görəndə təəccübləndim” –TRAMP

“Mən Xameneyinin dəfn mərasimini izləyirəm. Əslində biz (oradakıların – red.) hamısını məhv edə bilərik. Amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq”.

Bunu ABŞ prezidenti Donald Tramp “Axios” portalına müsahibəsi zamanı deyib.

Tramp ABŞ və İran tərəfinin dəfn mərasimi bitənə qədər danışıqlara bir həftəlik fasilə vermək qərarına gəldiklərini bildirib.

“Xameneinin dəfn mərasimi zamanı heç bir tərəf digərinə atəş açmayacaq. İranlılar razılaşma üçün yalvarırlar. Xameneyinin dəfn mərasimində iranlıların ağladığını görəndə təəccübləndim. Çünki mən insanların ona nifrət etdiyini düşünürdüm”. – Tramp deyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.