Fatimə Kərimovanın qətlinə görə Emin Əliyevə ağır ittiham irəli sürüldü

Tbilisidə Azərbaycan vətəndaşı Fatimə Kərimovanı öldürməkdə şübhəli bilinən Emin Əliyevə qarşı gender bərabərliyinə dözümsüzlük səbəbindən qətl ittihamı irəli sürülüb.

Bu barədə Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Baş Prokurorluq müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edəcək və ona qarşı axtarış elan olunacaq.

Törədilmiş cinayət əməlinə görə 20 ilə qədər və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, qətl hadisəsi iyunun 25-də baş verib.

Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən Gürcüstanda qətlə yetirilib.

Fatimə Kərimova tanışı Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. Məlumata görə, Kənan Əliyev Fatimə Kərimovanın pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Azərbaycana qayıda bilməyən Fatimə Kərimova qohumu Emin Əliyevdən kömək istəyib. Emin Əliyev Gürcüstana gedərək Fatiməni boğaraq öldürüb və Gürcüstandan Türkiyəyə qaçıb.

Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyədə saxlanılıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.