Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

36-cı NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gələn ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlıq məsələri əsas müzakirə mövzusu olacaq.

AZƏRTAC-ın məlumatına görə, iki liderin Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması və digər müdafiə layihələrini müzakirə edəcəyi gözlənilir.

Onlar, həmçinin regional inkişaflar, xüsusən də Suriyadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi aparacaqlar.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.