Rusiyada daha bir azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv olundu

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun Rusiya Federasiya vətəndaşlığı ləğv olunub.

APA-nın əldə etdiyi məlumata görə, Rusiya vətəndaşlığı ləğv olunan Şirvan Kərimovun hazırda Azərbaycanda olduğu bildirilib.

RF vətəndaşlığının ləğv olunması barədə məlumatın ona Azərbaycanda olarkən verildiyi məlum olub.

Qeyd edək ki, Rusiyadakı Azərbaycan diasporu 1 ildən çoxdur ki, təqiblərə məruz qalır. Bu müddət ərzində Moskva da daxil olmaqla Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərlərinin RF vətəndaşlığı ləğv olunub və onların ölkədən çıxarılması barədə qərar qəbul olunub.

Ötən ilin sentyabrında RF vətəndaşlığı ləğv olunmuş Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun isə bir müddət əvvəl ölkədən deportasiya olunması üçün miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirildiyi barədə məlumat yayılıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.