İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO zirvə toplantısında iştirak üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampla görüşüb.
“Beştepe” kompeksində ABŞ Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Yerli saatla 15.40-da başlayan müzakirələrin əsas mövzusunun müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.
Ərdoğan-Tramp görüşün gündəliyində, həmçinin, Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması kimi mövzular daxildir.

