36-cı NATO Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gələn Fransa Prezidenti Emmanuel Makron səhər qaçışına çıxıb.
Makron Türkiyə paytaxtının Çankaya rayonunda yerləşən Segmenler Parkında qaçış edib.
Fransa lideri təhlükəsizlik işçilərinin müşayiəti ilə Çankaya prezident iqamətgahının yaxınlığında görülüb. Qaçış zamanı Makron vaxtaşırı yoldan keçənlərlə salamlaşıb.