“NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasına razılaşıb”.
Bu barədə ABŞ prezidenti Donald Tramp Ankarada keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, bəzi ölkələr çağırışı həqiqətən qəbul edib, digərləri isə böyük dəyişikliklər edir və bu çağırışı yerinə yetirəcək.
“Bu səhər keçirilən işçi sessiyada digər üzvlərin 5 faiz hədəfinə doğru atdığı addımları müzakirə etdik və onlar böyük irəliləyiş əldə edirlər. Bu ölkələrin çoxu, yeri gəlmişkən, çox zəngindir. Onlara görə narahat olmağa ehtiyac yoxdur. Amma bu, onların lazımi şəkildə qorunduğu mənasına gəlmir”, – Tramp qeyd edib.