Gün ərzində özünüzü yorğun hiss edirsiniz?-Səbəb

Səhər kifayət qədər yatdığınız halda gün ərzində özünüzü halsız və yorğun hiss edirsinizsə, bunu yalnız iş yükü və ya yuxusuzluqla əlaqələndirməyin. Mütəxəssislər bildirirlər ki, uzunmüddətli yorğunluğun ən geniş yayılmış səbəblərindən biri orqanizmdə dəmir çatışmazlığıdır.

Azpost.info bildirir ki, dəmir qanda oksigeni daşıyan hemoqlobinin əsas tərkib hissəsidir. Bu mineralın çatışmazlığı zamanı toxumalar kifayət qədər oksigen ala bilmir və nəticədə insan özünü daim halsız hiss edir.

Dəmir çatışmazlığının əsas əlamətləri bunlardır:

Daimi yorğunluq və zəiflik;

Başgicəllənmə;

Dərinin solğunlaşması;

Nəfəs darlığı;

Dırnaqların kövrəkləşməsi;

Saç tökülməsi;

Diqqətin zəifləməsi.

Bu əlamətlər uzun müddət davam edərsə, həkim məsləhəti ilə qan analizi vermək tövsiyə olunur.

Dəmir çatışmazlığı xüsusilə qadınlarda, hamilələrdə, yeniyetmələrdə, vegeterian qidalanan şəxslərdə və xroniki qan itkisi olan insanlarda daha çox müşahidə edilir.

Hansı qidalar kömək edir?

Dəmir ehtiyatını artırmaq üçün qidalanmada mal əti, qaraciyər, balıq, yumurta, mərci, lobya, ispanaq və yaşıl yarpaqlı tərəvəzlərə üstünlük vermək məsləhətdir. C vitamini ilə zəngin meyvələr dəmirin mənimsənilməsini artırır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dəmir preparatlarını həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. Əvvəlcə çatışmazlığın səbəbi müəyyənləşdirilməli, sonra müvafiq müalicə aparılmalıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.