“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” Nəsimi bələdiyyəsində tədbir keçirib

“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin ikinci tədbiri Nəsimi rayon Bələdiyyəsinin təşkilati dəstəyilə 10 iyul 2026-cı il tarixində Nəsimi Rayon Bələdiyyəsində AQAC-nin konfrans zalında həyata keçirilib.

Nəsimi rayon Bələdiyyəsinin sədri cənab Əziz Zeynalov tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra cənab Əziz Zeynalov layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.

Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi ayırdığına görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə Binəqədi Rayon Bələdiyyəsinin sədri cənab Əziz Zeynalova minnətdarlığını bildirib. Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırdı və “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışlarının videoları təqdim olundu və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.

Daha sonra Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, BSU-nun professoru, əməkdar jurnalist, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, Nəsimi rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvü Əbülfət Abbasov, İctimai fəal Gülnarə Hacıyeva çıxış edərək mövcud problemlərdən danışdılar və belə tədbirlərin vacib və əhəmiyyətli olduğunu vurğulayıblar, xüsusilə bələdiyyələrlə birgə tədbirlərin il ərzində keçirilməsini dəstəklədiklərini qeyd edərək, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər.

Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, Şəhid anası Lətifə xanım (iki övladı Şəhid olub, Nəsimi rayonunda Novruzov Qardaşları küçəsi Şəhid qardaşların adını daşıyır), Şəhid anası Yeganə xanım (Şəhid Faiq Həsənovun anası) da iştirak ediblər.

Sonda Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketi Rauf Zeyni tərəfindən cənab Əziz Zeynalova təqdim edilib.

“Bakı İctimai Əməkdaşlıq Mərkəzinin layihə çərçivəsində daha bir rayonun bələdiyyəsilə müvafiq tədbir iyul ayının birinci yarısında həyata keçiriləcək.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.