ABŞ-ın Omandakı səfirliyi amerikalıları dərhal təhlükəsiz yerlərə sığınmağa çağırıb.
Azpost.info bildirir ki, bu barədə ABŞ diplomatik missiyasının yaydığı məlumatda deyilir.
Qeyd edək ki, ABŞ və İran qarşılıqlı olaraq bir-birilərinin bazalarına zərbələr endirir.
Son yayılan görüntülərdə İranın Küveytdə yerləşən ABŞ ordusunun raket bölməsinə raket zərbəsi endirdiyi iddia olunur.
Videogörüntülərdə baza ərazisində yanğın olduğu görünür.
“Fars” Agentliyi Küveytə raket hücumunda 3 amerikalı hərbçinin öldüyü iddia edib.
Bəzi mənbələrin məlumatına görə, hücum nəticəsində 3 ABŞ hərbçisi həlak olub, daha bir neçə amerikalı hərbçi isə yaralanıb.
Hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyib.
-
Cavab yaz