Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşüb

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.

Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hazırda yeniyetmənin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.