ABŞ-İran gərginliyi nefti bahalaşdırdı –Qiymətlər son bir ayın zirvəsinə qalxdı

14 iyul 2026-cı il tarixində dünya birjalarında neft qiymətləri ABŞ və İran arasındakı hərbi gərginliyin artması səbəbindən kəskin yüksələrək son bir ayın ən yüksək səviyyəsinə çatıb.

Qlobal enerji tədarükü ilə bağlı narahatlıqların artması fonunda əsas neft markalarının qiymətləri təxminən 2–3 faiz civarında artım nümayiş etdirir:

Brent markalı neft 1.8–2 faiz civarında artaraq bir barrel üçün 84.80 – 84.98 dollar təşkil edir.WTI (ABŞ) markalı neft 2.1–2.2 faiz artaraq bir barrel üçün 79.79 – 79.84 dollar səviyyəsinə yüksəlib. Azərbaycanın yüngül neftinin qiyməti də bu dalğaya qoşularaq 3.38 dollar (4.3 faiz) bahalaşıb və 81.29 dollar səviyyəsində qərarlaşıb.

ABŞ-nin Hürmüz boğazında İrana qarşı dəniz blokadasını bərpa etməsi tədarük xətlərini riskə atıb. ABŞ Mərkəzi Komandanlığının İrandakı hədəflərə hava zərbələri endirməsi və regionda tankerlərin hüquqi təhlükəsizliyinin pisləşməsi bazarda təşviş yaradıb. ABŞ prezidentinin Hürmüz boğazından keçən gəmilərin yüklərinə 20 faiz rüsum tətbiq etməyi planlaşdırması qiymətləri yuxarı doğru itələyən əsas amillərdəndir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.