“Sabah” növbəti mərhələyə yüksəldi –Çempionlar Liqası

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə “Sabah” arasında cavab oyunu başa çatıb.

Azərbaycan təmsilçisi “Park Hall” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.

İki oyunun nəticəsinə əsasən TNS-i 4:1 hesabı ilə üstələyən “Sabah” II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a rəqib olub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.