Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Sərəncama əsasən İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini- Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib və kollektivə təqdim olunub.
Qeyd edək ki, Ülkər İsmayılova bu vəzifəyə qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, uzun illər şəhər icra hakimiyyəti başçısı aparatında dövlət qulluğu sahəsində işləyib və zəngin təcrübə qazanıb.