“Yaşıl enerji” ilə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsi davam edir. Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri 2026-cı il iyulun 10-da Neftçala rayonunda keçirilib.

Layihənin ikinci maarifləndirmə tədbiri “Külək enerjisi dünyada və Azərbaycanda: həyata keçirilən maraqlı layihələr və perspektivlər” mövzusuna həsr olunub. Tədbir zamanı iştirakçılara külək enerjisinin əhəmiyyəti, dünyada və Azərbaycanda tətbiq olunan uğurlu layihələr, eləcə də bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri barədə məlumat verilib.

Layihə eksperti tərəfindən hazırlanmış monitorinq və qiymətləndirmə vasitələri əsasında iştirakçıların mövzu üzrə ilkin və əldə edilmiş bilikləri qiymətləndirilib. Təlim prosesində iştirakçıların fəallığı, mövzuya marağı və öyrənmə nəticələri müşahidə və sual-cavab üsulu ilə təhlil olunub. Təlimçi tərəfindən təqdim olunan yeni biliklərin möhkəmləndirilməsi məqsədilə qrup işi təşkil edilib. İştirakçılar qrup müzakirələrində fəal iştirak edərək külək enerjisinin tətbiqi, ekoloji faydaları və gələcək imkanları ilə bağlı fikirlərini bölüşüblər.

“Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi maarifləndirmə tədbirləri, praktiki fəaliyyətlər və nəticələrin qiymətləndirilməsi ilə uğurla davam etdirilir.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.