Prezident İlham Əliyev ABŞ dövlət başçısı Donald Trampa təşəkkür edib.
Azpost.info bildirir ki, Prezident bununla bağlı paylaşım edib.
İlham ƏliyevŞuşa Qlobal Media Forumundakı çıxışlarını paylaşdığı üçün təşəkkür edib: “Breitbart-a istinadən sizi “Sülh Adamı” adlandırdığım Şuşa Qlobal Media Forumundakı çıxışlarımı paylaşdığınız üçün təşəkkür edirəm.
Tarixi Vaşinqton Zirvə Toplantısının birinci ildönümünə bir aydan az vaxt qaldığı müddətdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsindəki əvəzsiz rolunuza görə bir daha səmimi minnətdarlığımı bildirmək istərdim.
Liderliyiniz bölgəmizi sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa tarixi töhfə verib.
Siz, həqiqətən də, Sülh Adamısınız”.
