Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

User 18 İyul 2026 - 23:15 (Last updated: 18 İyul 2026 - 23:15)
dron gorunmez

ABŞ-nin Northwestern Universitetinin alimləri insan gözü üçün demək olar ki, görünməz olan eksperimental “Phantom Twist” dronunu hazırlayıblar. Layihədə süni intellektdən istifadə edilməklə dronun konstruksiyası elə optimallaşdırılıb ki, yüksək sürətlə işləyərkən onu adi gözlə seçmək olduqca çətinləşir.

AZƏRTAC xəbər verir ki, yeni texnologiyanın prinsipi yüksək sürətlə fırlanan ventilyator qanadlarının gözlə seçilməməsinə bənzəyir. Tək mühərrik və bir pər ilə təchiz edilən prototip saniyədə 25 dövrə vuraraq hərəkət edir və bu zaman insan görmə qabiliyyəti onu aydın şəkildə qavraya bilmir.

Layihənin hazırlanması zamanı tədqiqatçılar kompüter modelləri vasitəsilə təxminən 20 min fərqli konstruksiya variantı yaradıblar. Daha sonra süni intellekt alqoritmləri hər bir modeli təhlil edərək batareya, mühərrik, elektron lövhə və tarazlaşdırıcı elementlərin yerləşməsini optimallaşdırıb.

Virtual prototiplər həmçinin 100 müxtəlif mühitdə sınaqdan keçirilib. Alimlərin sözlərinə görə, nəticədə “Phantom Twist” adi kvadrokopterlə müqayisədə təxminən on dəfə daha az görünən olub.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiyadan hərbi sahə ilə yanaşı, mülki məqsədlər üçün də istifadə etmək mümkündür. Xüsusilə vəhşi təbiət mütəxəssisləri heyvanları onları narahat etmədən daha rahat müşahidə edə bilərlər. Bunun üçün gələcək versiyalarda dronun səs-küy səviyyəsinin daha da azaldılması planlaşdırılır.

AzPost.az

Post navigation

Previous: İranın İordaniyaya zərbələrindən ABŞ-ın iki hərbçisi həlak olub
Next: 1971-ci ildə Bakı Limanını sarsıdan DTK əməliyyatı

Oxşar xəbərlər

Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.