İspaniya, yoxsa Argentina? –

19.07.2026 · 10:19 · İdman

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq. Nyu-York şəhərindəki “MetLayf” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.

AzPost.az