Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

“Azərbaycanfilm”də unudulmaz kino axşamı –

User 04 Avqust 2026 - 12:21
WhatsApp Image 2026-08-04 at 12.09.07 (4)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının dəstəyi ilə Azərbaycan Kinosu Günü münasibətilə açıq səma altında xüsusi kino axşamı təşkil olunub.

Tədbirin proqramı “Atəş Hub” yaradıcı platforması və “Yaradıcı Azərbaycan” layihəsinin rezidenti olan “Torpağın Səsi” komandası tərəfindən hazırlanıb.

Onlayn qeydiyyat əsasında “Azərbaycanfilm” Kinostudiyasına gələn 400-dən çox tamaşaçı kinostudiyada təşkil olunan ekskursiyada iştirak edib. Ziyarətçilər filmlərin çəkiliş prosesini canlı izləmək, müxtəlif pavilyonlar, çəkiliş otaqları, rekvizit anbarları, müxtəlif dövrlərə aid silah kolleksiyası, habelə filmlərdə istifadə olunan həkim otağı, yataqxana, kitabxana və digər dekorasiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində “Atəş Hub” yaradıcı platformasının rəssamı Bəxtiyar Zeydzadənin Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın mentorluğu ilə “Azərbaycanfilm” Kinostudiyası üçün hazırladığı xüsusi divar rəsmi də təqdim olunub.

Ekskursiya zamanı iştirakçılar Mədəniyyət Nazirliyi, ARKA və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Daşlara həkk olunan tale: Əcəmi Naxçivani” tammetrajlı bədii filminin çəkiliş prosesini də canlı izləyiblər.

Axşam proqramı açıq hava kinoteatrında nümayiş etdirilən Azərbaycanın sevilən filmləri ilə davam edib. Əvvəlcə “Bəyin oğurlanması” filmi nümayiş olunub, daha sonra tamaşaçılar üçün DJ performansı təqdim edilib.

Tədbirin sonunda isə “Gün keçdi” filminin əsas qəhrəmanlarından biri, Xalq artisti Leyla Şıxlinskaya tamaşaçılarla qısa görüş keçirib. Kino axşamı “Gün keçdi” filminin nümayişi ilə başa çatıb.

AzPost.az

Post navigation

Previous: Ceki Çan Bakıya gəldi
Next: Naxçıvanda zəlzələ oldu

Oxşar xəbərlər

mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55

xƏBƏR

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, Ankara Rusiya təbii qazından asılılığını azaltmağa və...
Read more about Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı
Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı? qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır tramp aq ev
  • Dünya

ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır

User 06 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.