“Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsinin icrasına başlanılıb

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi (NHMT İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP ilə birgə qrant müsabiqəsi çərcivəsində layihə icrasına başlayıb. Layihə “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” adlanır.

Layihə üzrə “Azərbaycan-İqlim dəyişmələri ekoloji vəziyyət, alternativ enerjiyə keçid, problemlər”, çağırışlar mövzusunda maarifləndirmə və araşdırma kampaniyasının həyata keçrilməsi nəzərdə tutlur.

Layihə çərçivəsində fəaliyyətlər 01.08.2026-31.10.2026 il müddəti ərzində  Neftçala, Şirvan, Lənkəran, Daşkəsən, Mingəçevir və Siyəzən rayonlarında həyata keçiriləcək.

Layihənin əsas maqsədi neft-qaz və digər faydalı qazıntı hasilatı sənayesinin ətraf mühitə, torpağa və havaya vurduğu zərərlərin təhlilidir. Tədbirlərdə istixana qazlarının iqlim dəyişikliyinə, regionlardakı su ehtiyatlarına təsiri və sənaye tullantılarının su mənbələrini çirkləndirmə fəsadları diqqət mərkəzində olacaq. Eyni zamanda, alternativ və yaşıl enerji istehsalının əhəmiyyəti, su qıtlığına qarşı damcı suvarma və yağış sularının toplanması kimi səmərəli ekoloji praktikalar təbliğ ediləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.