Ukrayna Tatarıstana PUA-larla zərbə endirib-13 ölü, 48 yaralı

Tatarıstana
Tatarıstana

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.

Tatarıstan rəhbərinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ukrayna Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirib, ölənlər var.

Hadisə nəticəsində 13 nəfər ölüb, 48 nəfər yaralanıb.

Mətbuat xidmətindən həlak olanlarla bağlı Tatarıstanda matəm elan edildiyi bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Nijnekamska PUA hücumunda həlak olanların xatirəsinə matəm günü elan olunub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.