Rusiya ABŞ-la müharibədə İranın raket və pilotsuz uçuş aparatları arsenalını yeniləməsinə kömək etmək üçün Tehrana partlayıcı maddələr və digər hərbi komponentlər göndərir.
Azpost.info-nun məlumatına görə, NBC News Avropa hökumətinin sənədinə və Qərb rəsmisinə istinadən xəbər verir ki, Rusiya Xəzər dənizi vasitəsilə İrana pilotsuz uçuş aparatları üçün komponentlər, sursat və trotil göndərir.
Məlumata görə, Moskvanın bu tədarükü ABŞ və İsrailin hava zərbələrindən sonra İranın hərbi ehtiyatlarını yenidən artırmasına kömək edir.
Bildirilir ki, söhbət yalnız silah və sursat tədarükündən getmir. Rusiyanın İrana müxtəlif hərbi komponentlər göndərməsi iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini göstərir.
Məlumata görə, Xəzər dənizi üzərindən həyata keçirilən tədarüklər İranın raket və dron istehsalı imkanlarının bərpasına xidmət edə bilər.