Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim edib

büro

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinə təqdim edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə səfir sosial media hesabında bildirib.

Səfir etimadnaməsinin surətini Türkiyə XİN-in Protokol Baş İdarəsinin Baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.

AzPost.az