BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırdı

Birləşmiş Ərəb Əmirlikləri regionda gərginliyin artması fonunda İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatlarını növbəti bildirişədək dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik bəyan edib ki, regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan eskalasiya şəraitində İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişədək dayandırılır.

BƏƏ XİN eyni zamanda İranla iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı səsləndirilən ittihamları rədd edib.

Açıqlamada Əmirliklərin dialoq, əməkdaşlıq və regional inteqrasiyaya sadiqliyi də vurğulanıb. Rəsmi Əbu-Dabi bu istiqamətləri regionda sülhün, sabitliyin və rifahın təmin olunması üçün mühüm vasitələr hesab edir.

Qeyd edək ki, qərar İran ətrafında hərbi-siyasi gərginliyin kəskinləşdiyi bir vaxtda qəbul olunub. Reuters-in 18 avqust tarixli məlumatına görə, regiondakı qarşıdurma və Hörmüz boğazı ətrafında yaranmış vəziyyət beynəlxalq nəqliyyat və iqtisadi sabitlik üçün əlavə risklər yaradıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.