UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq 36 komanda püşkatma üçün dörd səbətə bölünüb. Püşkatma 27 avqustda keçiriləcək. Yeni formatda əsas mərhələ sentyabrdan yanvara qədər davam edəcək və komandalar ümumilikdə 8 turda mübarizə aparacaqlar. Hər klub müxtəlif rəqiblərlə 8 oyun keçirəcək. Əsas mərhələnin yekununda komandaların turnir cədvəlindəki mövqeyi onların pley-off taleyini müəyyənləşdirəcək. İlk 8 pillədə qərarlaşan komandalar birbaşa Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaq. 9-24-cü yerləri tutan klublar isə pley-offun ilk mərhələsində iştirak edəcəklər. Bu qarşılaşmaların qalibləri 1/8 finala yüksələcək. 25-36-cı yerlərdə qərarlaşan komandalar isə turniri dayandıracaq. AzPost.az Yazı naviqasiyası Aralarında 20 sm boy fərqi var – “Qarabağ”-“Tvente” matçı 15 dəqiqə gec başlayacaq