Xəzrdə turist qayığı qayaya çırpıldı:2 nəfər öldü, 5 nəfər yaralandı

Qazaxıstanın Aktau şəhəri sahillərində gəzinti qayığı qayaya çırpılıb.

Hadisə zamanı qayığın göyərtəsində 7 nəfərin olduğu bildirilir.

Qəza nəticəsində iki kişi həyatını itirib. Daha beş nəfər xilas edilərək müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır, hadisənin bütün detalları müəyyənləşdirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.