ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsindən keçən supertankerin minaya düşməsi ilə bağlı SEPAH-ın iddiasını təkzib edib. Bununla bağlı CENTCOM-un “X” hesabında məlumat verilib. Bildirilib ki, Hörmüz boğazında heç bir gəmi minaya düşməyib. “Bu, SEPAH-ın regional gəmiçiliyə dezinformasiya yolu ilə hədə-qorxu gəlmək məqsədi daşıyan daha bir təşəbbüsüdür”, – ABŞ Mərkəzi Komandanlığının məlumatında deyilir. AzPost.az Yazı naviqasiyası Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub – Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil