Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.
Mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında qısa söhbət baş tutub.
Dövlət başçıları tədbir çərçivəsində bir müddət fikir mübadiləsi aparıblar.
Görüşün detalları barədə əlavə məlumat verilməyib.
