Azərbaycan pasportu dünya reytinqində neçənci yerdədir?

Global Citizen Solutions tərəfindən hazırlanan Qlobal Pasport İndeksində ölkələrin pasportları müxtəlif göstəricilər üzrə qiymətləndirilib.

Reytinqdə Azərbaycan 126-cı, Ermənistan 120-ci, Gürcüstan isə 76-cı pillədə qərarlaşıb.

Müqayisə üçün, Rusiya 95-ci, Türkiyə isə 96-cı yerdədir.

İndeks yalnız pasportun neçə ölkəyə vizasız və ya asan giriş imkanı yaratmasını deyil, ölkənin ümumi investisiya cəlbediciliyini və yaşayış keyfiyyətini də nəzərə alır.

Qiymətləndirmə zamanı vergi mühiti, innovasiya səviyyəsi, iqtisadi rəqabətqabiliyyətlilik, səhiyyə, təhlükəsizlik, iqlim və sosial infrastruktur kimi göstəricilər təhlil edilir.

Reytinqin ilk üç pilləsində İsveç, İsveçrə və Finlandiya yer alıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.