Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb –VİDEO/ CANLI YAYIM

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlayıb.

Sammitdə iştirak etmək üçün “Iris Ordo” konqres zalına Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çin Prezidenti Si Cinpin gəlib.

Dövlət başçılarını konqres zalında Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb. Daha sonra liderlərin birgə fotoşəkil çəkdirməsi mərasimi keçirilib.

Qəbul edən tərəfin məlumatına görə, 1 sentyabr sammitin əsas iş günüdür. Əvvəlcə ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclası, daha sonra isə “ŞƏT plus” formatında görüş keçiriləcək.

Bu il ŞƏT-in yaradılmasının 25 illiyi qeyd olunur. Qırğızıstanın sədrliyi “25 il ŞƏT: dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı altında həyata keçirilir.

Sammitdə təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, rəqəmsal texnologiyalar və digər regional əməkdaşlıq məsələlərinin müzakirə olunması gözlənilir. ŞƏT hazırda 10 üzv dövləti birləşdirir.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.